ABŞ-da 4.5 milyon dollarlıq "Terrakot əsgəri" fiqurunun barmağının oğurlanması Çini qəzəbləndirib

Baxış sayı:
8668

Çin rəsmiləri ABŞ-da sərgilənən terrakot əsgəri fiqurunun əl baş barmağını oğurlayan şəxsin "ciddi cəzalandırılmasını" tələb edib, Çin dövlət mediası xəbər verib.
Filadelfiyada Franklin institutunda icarə əsasında Çindən gətirilmiş 10 terracot əsgəri fiquru sərgilənir.
Yaşı 2000 il olan heykəllərdən birinin qiyməti $4,5 milyondur.
Heykəlin batmaq fraqmentini oğurlamış Michael Rohana ona qarşı oğurluq ittihamı irəli sürüldükdən sonra girov ödənişi əsasında zaminə buraxılıb.
Terrakot Ordusu Çinin ən mühüm arxeoloji və tarixi-mədəni abidələrindən biri sayılır.
Məhkəmə sənədlərinə əsasən, 24 yaşlı Michael Rohana dekabrın 21-də Franklin institutunda təşkil edilmiş məclisdən sonra Terrakot Əsgərləri sərgilənən zala daxil olaraq orada fiqurlardan biri ilə selfe çəkdirir, Çinin Xinhua agentliyi ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBİ) məlumatına istinadən xəbər verib.
Selfie çəkdirdikdən sonra Michael Rohana fiqurun əl baş barmağını qıraraq çibinə qoyub və zalı tərk edib.
Muzey işçiləri barmağın yoxa çıxmasını yanvarın 8-də aşkar ediblər.
FBI barmağın Rohana tərəfindən oğurlandığını müəyyən edib.
Terrakot ordusu 20-ci əsrin ən mühüm arxeoloji tapıntılarından sayılır.
Bazar ertəsi günü fiqurları icarəyə verən Şensi Mədəni İrisin Təşviqi Mərkəzi "səhlənkarlığa" görə Franklin institutunu "kəskin tənqid edib", CCTV xəbər verib.
Mərkəzin rəsmisi Wu Haiyun deyib ki, fiqura dəymiş zərəri dəyərləndirmək və onun əvvəlki görünüşünü bərpa etmək üçün ABŞ-a iki ekspert göndəriləcək.
Çin tərəfi eləcə də abidəyə dəymiş zərərə görə təzminat tələb etməyi nəzərdən keçirir.
Çinin "Terrakot ordusu" - arxeoloji abidə kompleksi 8 min əsgər fiqurundan ibarətdir. Hər bir fiqur gerçək insan ölçüsündədir.
Bu abidə kompleksi eramızdan əvvəl 210-cu ildə vəfat etmiş Çin hökmdarı Çin Şi Huanq dövründə yaradılıb.
"Terrakot ordusu" fiqurları 1974-cü ildə Çinin Sian vilayətində aşkar edilib (BBC).