ABŞ-da 33 nəfərlik DÖVLƏT

ABŞ-ın Nevada ştatında Kevin Baugh adlı şəxs 33 nəfər əhalisi olan mikro dövlət qurub.
 
Kevin özünü yeni dövlətin prezidenti elan edib.
"Yeni prezident" bildirir ki, 1977-ci ildən bu yana belə bir arzusu var. O, öz qanunları, adətləri və milli valyutası olan Molosya adlı yeni mikro dövlətin 33 nəfərlik əhalisinin prezidentidir. 0.4 hektar ərazisi olan dövlətin bankı və poçt xidməti də var. Kevinin evi hökumət binasıdır.
İspan dilindən tərcümədə "kiçik qayalıq təpə" mənasına gələn "morro" sözündən əmələ gələn Molosya dövləti digər kiçik dövlətləri tanıyaraq müqavilələr imzalayıb.
Molosyaya hər gün onlarla turist axın edir. Dövlətə girişdə pasportlara "Molosya respublikası pasport nəzarət" möhürü vurulur.