ABŞ-da 1 milyardlıq biznesə sahib azərbaycanlı kimdir?

Baxış sayı:
12961

Rutgers Universitetinfə tədris etdiyim fənlərdən biri də beynəlxalq siyasi iqtisaddır. Bu fənnin predmetində beynəlxalq ticarət, monetar, inkişaf, miqrasiya və digər önəmli məsələlər vardır.
Muxalifet.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı alim Qubad İbadoğlu qeyd edib. O bildirib ki, qlobal və daxili miqrasiya siyasətinin tədrisi zamanı Trampın miqrasiya islahatlarından da bəhs edir və onu dəyərləndiririk:
2Bu istiqamətdə araşdırma apararkən qarşıma 2016-cı ilin 1 yanvar tarixinə olan ATLAS: Amerika siyasəti üzrə milli fond tərəfindən dərc edilən maraqlı məlumat çıxdı. Həmin məlumatı diaqram formasında şəkil bölməsində təqdim edirəm. Diaqramdan göründüyü kimi, ABŞ-da 1 milyard dollardan çox dəyərə malik olan startup (inkişafa meyilli yeni ideyalar və təşəbbüslər üzərində qurulan başlanğıc biznes layihəsi) qeydiyyatdan keçirən imiqrantların mənşə ölkələri arasında Azərbaycan da vardır. Bu o deməkdir ki, hazırda bu ölkədə 1 milyard dollardan çox bazar dəyəri olan ən azı 1 azərbaycanlı miqrant yaşayır. Kimliyini müəyyənləşdirmə bilməsəm də, ölkəmizin adını bu siyahıda görməkdən məmnun qaldım”.