ABŞ-ın çəkilməsinin dəqiq tarixi açıqlandı!

Baxış sayı:
16732

İraqın baş nazirinin müşaviri Abdulkarim Hashim Mostaf Rus xəbər agentliyi “Sputnik International”-a verdiyi açıqlamada, ABŞ əsgərlərinin Suriyadan çəkilmə əməliyyatının İraq üzərindən edilməsi mövzusunda razılaşma əldə edildiyini söyləyib. İraqlı rəsmi şəxs çəkilmənin 1 aprelə qədər baş tutacağını açıqlayıb.
 
İraq rəsmisi ABŞ-ın Fəratın şərqindəki əməliyyatlar tamamlanmadan çəkilməyəcəyini və bunun 1 aprel tarixinə qədər sona çatacağını qeyd edib.
Mostaf, "Aprel ayından sonra deyil, hər şey aprelə qədər edilməlidir, ABŞ-ın bizə söylədiyi şey bu idi. Fəratın şərqində və Bagozda əməliyyatlar başa çatan kimi çəkilməyə başlayacaqlar" deyib.
Müxalifət.az