ABŞ-ın çirkli oyunu ifşa oldu - TƏHLİL

Baxış sayı:
3028

İlin son günlərində bitdiyi elan olunan terror təşkilatı İŞİD, dünyanın dörd bir tərəfində terror aktlarını yenidən artırıb. Təşkilat çox fərqli nöqtələrdə müxtəlif aksiyalarla çox sayda insanı qətlə yetirir. Son zamanlarda artan terror hadisələrinə nəzər saldıqda bölgədə İŞİD-ə təkrar rol verildiyi görünür. İlk baxışda yenidən canlanmaq üçün bu terror aksiyaların keçirildiyi düşünülsə də, hücumların pərdə arxasına baxdıqda isə dünya üzrə yayılmağa çalışılan islamofobiya və ABŞ-ın regionda qurmağa çalışdığı yeni nizam ortaya çıxır.
 
Təqaüddə olan kəşfiyyat polkovniki və terror və təhlükəsizlik üzrə ekspert Coşqun Başbuğ İŞİD-ın terror hadisələrini planlı olaraq artırdığını və terror təşkilatının ortadan yox olmasının ABŞ-ı regionda ciddi çətinliyə saldığını deyib. Başbuğ ABŞ-ın terror təşkilatını bəhanə edərək hiyləgər bir oyuna başladığını və böyük İsrail dövlətinin alt quruluşunu təşkil etdiyini bildirib.
 
TERROR HADİSƏLƏRİ PLANLI OLARAQ ARTIRILIR
 
Bunların hamısını üst-üstə qoysanız birlərinin bu terror aktlarını planlı olaraq artırdığı görünür. İŞİD öz iradəsilə yaradılmış bir təşkilat deyil. Tamamilə ABŞ tərəfindən yaradılan və meydançaya sürülən bir təşkilatdır. Eynilə FETÖ və PKK kimi. Ona görə də İŞİD-ın fəaliyyətlərini artırmasının səbəbini ABŞ-da axtarmaq lazımdır.
 
MİNLERCƏ İNSANI EVİNDƏN ETDİ, QƏTLƏ YETİRDİ
 
ABŞ nağıl uyduraraq İraq və Suriyada bu təşkilatın prototipini yaratdı. Daha sonra bu təşkilata həyat verdi. İŞİD-ı bəhanə edərək o regionların demoqrafik quruluşu ilə oynadı. Minlərlə insanı evindən etdi, onminlərcəsini də qətlə yetirdi.
 
PKK-ya DA MEYDAN AÇDILAR
 
Bu aksiyalar eyni zamanda bölgədə PKK-ya da meydan açan hərəkətlərdir. ABŞ bir daşla iki quş vurdu. İŞİD-ı bitiririk bəhanəsi ilə PKK-ya həyat vermiş oldu və özünə görə terror təşkilatını legitimləşdirməyə çalışdı.
 
ABŞ CİDDİ SIXINTILAR YAŞADI
 
ABŞ İŞİD-ı erkən bitirəndə həm daxili ictimai rəydə, həm də xaricdə ciddi sıxıntılar yaşamağa başladı. Bölgəyə axıtdığı pulların hesabını verə bilmədi. Bundan başqa, Türkiyənin terrorla mübarizəsini baltalamaq üçün də İŞİD-ı bəhanə etmək lazımdı. ABŞ, “Türkiyənin əməliyyatları İŞİD-la mübarizəni iflasa uğradır” deyərək gələcəkdə İŞİD-ı təkrar dirildəcəyinin alt strukturunu hazırladı.
 
MƏQSƏD BÖYÜK İSRAİL DÖVLƏTİ
 
Birləri İŞİD-ı təkrar xortladıb, dünya ictimaiyyətinə yenidən həzm etdirməyə çalışır. Dünyanın dörd bir tərəfində terrorizmi yaymaqla, əslində islamofobiyanı artırır. Gələcəkdə Qüds məsələsinin də gündəmə gələcəyini düşünsək, çox planlı bir hiyləgər oyunun başladığını deyə bilərik. ABŞ İŞİD-ın terror aktlarını istifadə edərək bütün dünyada islamofobiyanı artırmaqla, yanına müttəfiqləri cəlb edib, regionda böyük İsrail dövlətinin alt quruluşunu formalaşdırır.
Müxalifət.az