ABŞ-ın çirkli FƏLƏSTİN PLANI ORTAYA ÇIXDI

ABŞ, Səudiyyə Ərəbistanında həyata keçirdiyi dövlət çevrilişinin ardından indi də Fələstin üçün çirkli planını həyata keçirməyə başlayıb.
 
Səudiyyə Ərəbistanında ABŞ-ın dəstəyi ilə baş verən saray çevrilişindən sonra region yenidən şəkilləndirilməyə başlanılıb.
Livan və Fələstin üçün çirkli planlar ortaya atılarkən, ABŞ saray çevrilişi ilə Səudiyyə Ərəbistanındakı “müxalifləri” zərərsizləşdirib, Şahzadə Muhəmməd bin Salmanı yeni formalaşdıracağı Yaxın Şərqin başına gətirmək istəyir.
Tramp prezidentliyə seçildiyi günlərdə Fələstində 1967 il sərhədlərini tanımayacağını bildirmiş və Qüdsü İsrail rəhbərliyinin paytaxtı edəcəyini açıqlamışdı. O gündən bu yana ABŞ-ın yeni dövrdə Fələstin üçün düyməyə nə zaman basacağı gözlənilən idi.
Artıq ABŞ-ın bu yöndə hərəkətə keçdiyi təkzibolumazdır. ABŞ prezidenti Donald Tramp, Fələstinə İsrailin yeni yaşayış yerlərini və işğallarını rəsmiləşdirəcək bir plan təqdim edib.
Plana görə, Qərbi Şeriada inşa edilən divar əsas götürülərək rayonun 85 faizi İsrailə veriləcək.
Fələstin rəhbərliyinin bu plana qarşı çıxmasının qarşısı isə diplomatik təzyiqlərlə alınmaq istənilir. ABŞ, İsrail ilə danışıqlara qatılmayan Fələstinin Vaşinqtondakı ofisini bağlamaqla təhdid edir.
 
 FƏLƏSTİN RƏHBƏRLİYİ ABŞ-a BUYNUZ GÖSTƏRDİ
 
Ağ Ev qüsurlu planını qəbul etdirmək istərkən, Fələstin rəhbərliyi, ABŞ-ı bütün əlaqələri kəsməklə təhdid edib. FKÖ baş katibi Saib Ureykat, açıqlamasında, "Fələstin rəhbərliyi, FKÖ-yünün Vaşinqtondakı ofisinin bağlandığı təqdirdə, ABŞ ilə bütün əlaqələr kəsiləcəkdir"deyə, bildirib.
 
 LİVAN İLƏ FƏLƏSTİN EYNİ TORBADA
 
Səudiyyə Ərəbistanında çevrilişlə hakimiyyət başına keçəcək Şahzadə Muhəmməd bin Salmanın planında isə Hizbullah bəhanəsi ilə Livana Birləşmiş Ərəb Əmirlikləri və Misir ilə birgə hərbi müdaxilə etməkdir.
Fələstinə isə Həmas bəhanəsi ilə həyata keçirilməsi nəzərdə tutulan hərbi müdaxilələr ilə İsrailin ən az 50 il daha təhlükəsizliyinin təmin olunması planlaşdırılır.
Müxalifət.az