ABŞ Çinin nüvə arsenalını AÇIQLADI
3-07-2018 12:02
Baxış sayı:
3388

Amerika ekspertləri hesab edirlər ki, Çinin nüvə arsenalı 280 döyüş başlığından ibarətdir.
Muxalifət.az xəbər verir ki, bu haqda “Bulletin of the Atomic Scientists” akademik jurnalı bildirib.
“Çin 1980-ci illərdə başlanmış nüvə silahının müasirləşdirilməsi proqramını davam etdirir”, - xəbərdə deyilir.
Onların qiymətləndirmələrinə görə, Çində, xüsusi halda, hərbi gəmilərdə 48 ballistik raket var.
“Sakit okean regionunda ABŞ-ın raket əleyhinə müdafiə sistemini genişləndirməsinə cavab olaraq, Çin qitələrarası ballistik raketləri müxtəlif hərbi yüklərlə təchiz edib”, - ekspertlər qeyd edirlər.