ABŞ çevriliş hazırlıqlarına başladı: Hərbi müdaxilə..

Baxış sayı:
8131

Venesuelada çevriliş təşəbbüsünə hazırlanan ABŞ, Kolumbiyanın Venesuela ilə sərhəd bölgəsinə 3 ədəd təyyarə ilə hərbi qüvvə göndərib. Kolumbiya-Venesuela sərhədindəki hərbi hərəkətlilik Trampın təhlükəsizlik müşaviri Con Boltonun qeyd dəftərində Kolumbiyaya 5 min əsgərin göndərilməsi ilə bağlı yazısının görüntülənməsindən sonra artan xətlə davam edir. Kolumbiya Hava Qüvvələrinə aid olan C-130 yük təyyarəsi Venesuelanın sərhədində Cucuta şəhərinə hərbçiləri buraxdıqdan sonra Kolumbiyaya daha 3 ABŞ hərbi təyyarəsi enib. ABŞ mətbuatındakı xəbərə görə, ABŞ xüsusi təyinatlı dəniz piyadalarını Kolumbiyaya göndərib. Kolumbiyanın müdafiə naziri Guillermo Botero üç Amerika hərbi təyyarəsinin gəlməsinə razılıq verib, ancaq bunun "rutin" bir əməliyyat olduğunu bildirib. Müxalifət.az