“ABŞ-ın çevriliş cəhdi uğursuz oldu” – Maduro

Baxış sayı:
3856

Venesuela prezidenti Nikolas Maduro hökumətini devirmək cəhdlərinin sona çatdırıldığını deyib. Maduro Avropa Birliyini də gözü qapalı bir şəkildə Donald Trampın müxaliflərinə dəstək vermə siyasətini izləməklə günahlandırıb.
 
“Euronews”-un xəbərinə görə, Maduro ABŞ və bir çox Avropa Birliyi ölkəsinin müvəqqəti prezidenti kimi tanıdığı Milli Məclis sədri Xuan Guaidonun hərbi çevriliş etməyə ümid etdiyini, ancaq Venesuela ordusunun çevrilişə dəstək vermədiyini söyləyib.
Maduro, "Dəlilikdir, hərbi çevriliş etmək istədilər. Amma uğursuz oldular. O kartı oynayırdılar. Amma bitdi" deyib.
 
AB bizi dinləmədi
 
 Nicolas Maduro “Federica Mogherininin (Avropa Birliyi Xarici İşlər Yüksək Nümayəndəsi) və Aİ hökumətlərinin böyük bir səhv etmiş olduğuna inanıram. Yalnız bir tərəfə qulaq asdılar, hadisələrin yalnız bir tərəfinə diqqət etdilər. Sülh, dialoq, anlaşma və hörmət istəyən xalqı nəzərə almadılar" deyə bildirib.
 Özünü gerçək gücün səsi kimi təsvir edən Maduro, Aİ-nin onu eşitmədiyini və Avropanın özünü Donald Trampın pis siyasətilə kor bir şəkildə əlaqələndirdiyini deyib.
Müxalifət.az