ABŞ casusu olmaqda ittiham edilən məmur edam edildi - İRANDA

Baxış sayı:
4465

İranda Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən və ABŞ-ın xeyrinə casusluq edən ölkənin müdafiə sahəsinin əməkdaşı edam olunub.

RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin məhkəmə təşkilatı məlumat yayıb.

"Müqavilə əsasında Müdafiə Nazirliyində işləyən və ABŞ hökumətinin xeyrinə casusluq edən keçmiş əməkdaşın asılması barədə qərar icra olunub", - deyə məlumatda bildirilir.

Edam edilən şəxs 2010-2011-ci illərdə MKİ ilə əməkdaşlıq edən Cəlal Hacı Zavardır.