ABŞ bunu necə edəcəyini bilmir - Lavrov

Baxış sayı:
1426

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hazırda Amerika Birləşmiş Ştatları öz xəttini axtarır, hamıya ağalıq etmək istəyir, lakin bunu etməyin yollarını hələlik fikirləşib tapa bilməyib.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Lavrovun sözlərinə görə, Moskva üçün Qərb tərəfdaşları ilə söhbət etmək asanlaşmayıb. Diplomat qeyd edib ki, amerikalılar əvvəlcə Rusiyanı özlərinin “əsas rəqibləri” elan etdilər, lakin sonradan “geri çəkildilər”. Daha sonra isə ABŞ-ın əsas rəqibi Çin oldu.
Bir qədər də keçdikdən sonra Vaşinqtonun “düşməni” yenidən Rusiya oldu, daha sonra isə Rusiya, Çin və İran üçü birlikdə. Lavrov əlavə edib ki, ABŞ hamıya necə ağalıq edə biləcəyini hələlik anlaya bilmir. İş burasındadır ki, sanksiyalar bütün ölkələrə eyni cür təsir etmir, ələlxüsus, Rusiyanı bu təsirə məruz qoymaq mümkün deyil.