​ABŞ bunu gözləmirdi - Ərdoğandan S-500 AÇIQLAMASI

Baxış sayı: 93

Rusiyanın S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı problem yoxdur.
Türkiyə KİV-i xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Birinci mərhələdə birgə istehsal olmayacaq, ikinci mərhələdə bu istiqamətdə addımları atacağıq. Putinlə (Rusiya prezidenti Vladimir Putin –red.) danışıqları S-400-lə bitirməyi düşünmürük, S-500-lər haqqında da müzakirələr aparacağıq. Dünyada “Patriot” (ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemi –red) artıq istifadədən çıxır”, - prezident deyib.
Qeyd edək ki, S-400-lərlə bağlı razılaşma sentyabrın ortalarında əldə edilib. Zenit-raket komplekslərinin çatdırılması iki il ərzində başlanacaq.
S-400 “Triumf” ən yeni böyük mənzilli zenit-raket kompleksidir. Kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura bilir.
Erkən aşkar etmə radarı 600 kilometrə qədər məsafərə hədəfi aşkar edir. Raketlər 5 metrdən başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər. Müqayisə üçün deyək ki, “Patriot” yalnız ən azı 100 metr hündürlükdə hədəfləri vura bilir. Zenit-raket sistemi ilə 30 kilometrə qədər hündürlükdə olan hədəfləri məhv etmək mümkündür. Raketlərin bir neçə tipindən istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.