​ABŞ bunu etsə, vəziyyət bərbad olacaq - Cabarov

Baxış sayı:
7957

ABŞ-ın İranla nüvə razılaşmasından çıxacağı təqdirdə beynəlxalq təhlükəsizliyə, o cümlədən Koreya yarımadasındakı siyasi vəziyyətə ciddi təhdid yaranacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov deyib.
“Əgər bu yöndə yayılan məlumatlar təsdiqini tapsa, onda vəziyyət daha bərbad olacaq. Bundan sonra digər ölkələrin ABŞ-a inamı itəcək”, - deyə Cabarov bildirib.
Qeyd edək ki, bəzi KİV-lər ABŞ Prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makronla telefon əlaqəsi zamanı İranla nüvə razılaşmasından çıxacağını bildirməsi barədə məlumatlar yayıb.