​ABŞ bunu etsə, Türkiyənin ona inamı itəcək - Ekspert

ABŞ-ın Suriyada hərbi varlığı yalnız kürd muxtariyyətinin yaradılmasından sonra qoruna bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Konstantin Sivkov deyib.
“ABŞ kürdlərin Suriyada muxtariyyətini qəbul etməsə, onların orada qalmağı mümkünsüzdür. Digər tərəfdən, kürdlərin muxtariyyəti tanınarsa, Ankaranın Vaşinqtona olan inamı tamamilə itəcək”, - ekspert bildirib.
Sivkov bildirib ki, bu gün ABŞ təkcə Rusiya ilə deyil, Ankara-Tehran-Moskva üçlüyü ilə qarşı-qarşıya gəlir.