​ABŞ bu şəxslərə sanksiyalar tətbiq etdi - "Qlobal Maqnitski aktı"

Baxış sayı:
905

Maliyyə nazirliyi daha 39 fiziki və hüquqi şəxsin adı olduğu siyahı hazırlayıb
 
ABŞ “Qlobal Maqnitski aktı" çərçivəsində ilk dəfə olaraq xarici vətəndaşlara və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə TASS məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, prezident Donald Tramp bununla bağlı müvafiq fərmanı imzalayıb.
Fərmana həmçinin 13 insan haqları pozucuları və korrupsionerlərinin adları əlavə olunub. Bunlar arasında Rusiya baş prokurorun oğlu Aryom Çayka, Özbəkistanın sabiq prezidentinin qızı Gülnarə Kərimova, “Berkut” xüsusi təyinatlılarının keçmiş başçısı Sergey Kisyuk, serbiyalı silah alverçisi Slobodan Tesiç, Qambiyanın sabiq prezidenti Yaya Camme, Nikaraquanın Ali Seçki Şurasının rəhbəri Roberto Rivas Reyes və Qvatemala, Myanma, Sudan, Pakistan, Dominikan respublikalarının nümayəndələrinin adları var.
Bundan əlavə, Maliyyə Nazirliyi daha 39 fiziki və hüquqi şəxsin adı olduğu siyahı hazırlayıb. Siyahılarda adları olan şəxslərə ABŞ-a gəlmək qadağan edilir, onların bu ölkədəki bank hesabları isə dondurulur.
Qanunun 6 il qüvvədə ola bilməsinə rəğmən, siyahıya düşən şəxslərə qarşı məhdudiyyətlər ancaq ABŞ prezidentinin qərarı ilə ləğv edilə bilər(report).