ABŞ, bu şəxsin başına 5 milyon dollar qiymət qoydu

Baxış sayı:
7054

ABŞ, “Həmas” liderlərindən olan Saleh El-Aruri haqda məlumat verən və ya yerini göstərənlərə 5 milyon dollar mükafat verəcəyini bəyan edib.
 
Amerika Birləşmiş Ştatları, İslami Müqavimət Hərəkatı sədrinin müavini Saleh El-Arurinin başına 5 milyon dollar mükafat təyin edib.
Həmas lideri İsmayıl Heniyyənin müavini olan Saleh Əl Aruri, İsrail rejiminin fəaliyyətlərindən ən çox qorxduğu şəxslərin başında yer alır.
Amerika Xarici İşlər Nazirliyinə bağlı "Terrorla Mübarizə" koordinatoru, səfir Nathan Sales, terrorizm ittihamı “Həmas” liderlərindən bəzilərinin həbs olunmasına yönələn bəzi addımlar atacaqlarını bildirib, İsmayıl Heniyyənin bunlardan biri olduğunu söyləyib.
Başda Fələstin xalqına, xüsusilə isə “Həmas” və digər müqavimət qruplarına qarşı xüsusi düşmənçiliyi olan, onlara qarşı Sionist ağzıyla danışan, işğal rejiminin iddialarını təkrarlayan ABŞ, daha əvvəl də “Həmas” hərəkatını terror siyahısına almış və xüsusən bəzi liderlərini siyahıya əlavə etmişdi.
Müxalifət.az