ABŞ-ın bu şəhəri tam kül oldu - VİDEO

Amerikalı fotoqraf Duqlas Tron meşə yanğını nəticəsində demək olar ki, tam yanmış Kaliforniyanın Santa Rosa şəhərini dronun köməyi ilə lentə alıb. 
Videoda Amerika poçt xidməti avtomobilinin boş küçələrlə hərəkət edərək məktubları yanmış evlərin yanmamış qutularına qoyduğu əks olunub. 
Qeyd edək ki, son məlumatlara görə, Kaliforniyadakı yanğın nəticəsində 31 adam ölüb, 3500-dən çox bina məhv olub. Yanğın nəticəsində yüzlərlə insan itkin düşüb.