​ABŞ-ın bu qurumu böhran yaşayır

2016-cı ildə “kiber silahları” hakerlər tərəfindən ələ keçirilən ABŞ Milli Təhlükəsizlik İdarəsi (MTİ) böhran yaşayır.
Muxalifet.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzetində yayımlanan məqalədə deyilib.
“Şadov Broker”-in təxribatlarının MTİ üçün faciəvi nəticələri oldu. O cümlədən, MTİ-nin milli təhlükəsizliyə verdiyi önəmlə bağlı ciddi suallar yarandı. Rəqib ölkələrin internet şəbəkələrinə müdaxilə etməyi bacaran NSA, öz şəbəkələrini qoruya bilmədi”, - məlumatda bildirilib.
Qeyd edək ki, ötən il “Şadov Brokers” qruplaşması MİT-ə aid oğurladığı proqram təminatlarının kodlarını yayımlamışdı.