ABŞ-ın bu qərarı vəziyyəti daha da ağırlaşdırdı

ABŞ-ın YUNESKO-dan ayrılması kədərlidir və bu qərar təşkilatın durumunu ağırlaşdıracaq.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.
"ABŞ rəhbərliyinin sözügedən qərarı təəssüfedicidir. YUNESKO-nun başında duran ölkənin təşkilatın çətin bir anında ayrılması vəziyyəti daha da ağırlaşdırdı. ABŞ-ın 2011-ci ildən bu yana ödəniş ödəmədiyi, bununla təşkilatın işini çətinə saldığı və bir sıra mühüm layihəni pozduğunu qeyd etmək lazımdır. ABŞ-ın Parisdə keçirilən təşkilatın baş direktorluğuna seçkilər ərəfəsində YUNESKO-dan ayrıldığı barədə açıqlaması təəccüblü deyil", - Zaxarova qeyd edib.