ABŞ bu ölkəyə müdaxiləyə hazırlaşır - SENSASİON PLANIN ÜSTÜ AÇILDI

Baxış sayı:
1867

ABŞ Silahlı Qüvvələri Yəmənə hərbi müdaxiləyə hazırlaşır.
bu barədə Fransada fəaliyyət göstərən “Intelligence Online” agentliyi məlumat yayıb.
Agentliyin iddiasına görə, ABŞ Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birlikdə Yəmənin Əl-Hədidə limanını ələ keçirmək üçün plan üzərində işləyir.
ABŞ-ın bu məqsədlə Səudiyyə Ərəbistanına xeyli sayda Pilotsuz Uçan Aparat (PUA) verdiyi bildirilib.
Mənbə ABŞ-ın Səudiyyə Ərəbistanı və BƏƏ-yə limanı ələ keçirmək üçün bütün koordinatları verdiyini də diqqətə çatdırıb./Teleqraf.com/