ABŞ bu ölkələrə yardımı dayandıracaq

Baxış sayı:
7114

ABŞ administrasiyası El Salvador, Qvatemala və Hondurasa qeyri-qanuni miqrant konvoylarının mənbəyi olduğuna görə yardımları dayandıracaqları bəyan edib.
 
ABŞ mətbuat orqanlarının məlumatına görə, dövlət katibi Mayk Pompeo qərarların icrası üçün aidiyyatı qurumlara müvafiq təlimat göndərib.
Prezident Donald Trampdan gələn təlimatla hərəkətə keçən Xarici İşlər Nazirliyinin əlaqədar yardımların kəsilməsi mövzusunda Konqresi dərhal məlumatlandıracağı ifadə edilib.
Qeyd edək ki, Amerikan rəhbərliyi uzun müddətdir ki, Meksika sərhədindən ABŞ-a qeyri-qanuni şəkildə girən immiqrantlara yardım etdikləri və bu immiqrantların konvoy meydana gətirərək ABŞ-a yönəlmələrinə müdaxilə etmədikləri səbəbiylə bu üç ölkə ilə əlaqədar açıqlamalar verirdi.
 
"BU ÖLKƏLƏR BİZİM ÜÇÜN HEÇ BİR ŞEY ETMƏDİ"
 
Qeyd edək ki, ABŞ prezidenti Tramp son olaraq cümə günü etdiyi açıqlamada, Honduras, El Salvador və Guatemalanın "immiqrant konvoylarını hazırlamaqla" günahlandırmış və "Bu ölkələrə çox ciddi miqdarda pul yardımı edirdik, artıq etməyəcəyik, çünki bizim üçün heç bir şey etmədilər, sadəcə immiqrant konvoylarını hazırladılar" deyə bildirmişdi.
Müxalifət.az