ABŞ-ın bu ölkə ilə sərhədə ordu yeritməsinin səbəbi...

Baxış sayı:
4150

Pentaqon miqrantların qeyri-qanuni şəkildə ölkəyə girişinin qarşısını almaq məqsədilə Meksika sərhədinə 1000 əsgər göndərəcək.
Muxalifet.az xəbər verir ki, Pentaqon 1000 əsgərin martdan etibarən Meksika sərhədində xidmət etməyə başlayacağını açıqlayıb.
ABŞ mediası isə əlavə 1000 əsgərin Meksika sərhədində əvvəlcədən müəyyən edilmiş 225 kilometrlik bölgəyə tikanlı məftillər hörmək üçün göndəriləcəyini yazıb.
Qeyd edək ki, Latın Amerikası ölkələrindən gələrək Meksika sərhədi vasitəsilə ABŞ-a keçmək istəyən miqrantları dayandırmaq üçün sərhəd bölgəsinə göndərilən əsgərlərin ümumi sayının təxminən 5 min olduğu bildirilir.