​ABŞ bu ölkə ilə razılığa gəldi: Hərbçilərin sayı artırılır

Baxış sayı:
13675

Qətər ABŞ-ın 13 min əsgərini qəbul etməkdədir və bu səbəbdən minnətdarlığımızı bildiririk.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Qətər əmiri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani ilə görüşündən sonra keçirilən mətbuat konfrasında çıxışı zamanı deyib.
ABŞ rəsmisi Udeyd aviabazasında hərbi kontingentin artırılması ilə bağlı qətərli partnyorlarla razılığa gəldiklərini söyləyib:
“Qətər ABŞ-ın terrorizmə qarşı mübarizə səylərini dəstəkləyir və İŞİD-ə qarşı mübarizədə önəmli üzvdür”.