ABŞ Bərzaninin TƏKLİFİNİ DƏSTƏKLƏDİ

ABŞ sözcüsü Nayert rəsmi Twitter hesabı vasitəsilə açıqladığı paylaşımda IKBY'nin qərarını məmnuniyyətlə qarşıladığını yazıb.
 
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Nayert İraq Kürd Bölgəsəl İdarəetməsinin (IKBY) Bərzaninin, "atəşkəsin təmin edilməsi və IKBY'dəki bütün döyüş əməliyyatlarının təcili dayandırılması" təklifini məmnuniyyətlə qarşıladıqlarını bildirib.
 
"BUNDAN SONRA SÜKUNƏT VE DİYALOG ADDIMLARI ATILMALIDIR"
 
Nayert paylaşımında "İKBY'nin atəşkəsin təmin edilməsi və döyüş əməliyyatlarının durdurulmasına bağlı olaraq şərhini məmnuniyyətlə qarşılayırıq. Yeni addımlar sükunət və dialoq olmalıdır." Deyə, qeyd edib.
 
İKBY'NİN AÇIQLAMASI
 
İKBY'dən edilən yazılı açıqlamada, "atəşkəsin təmin edilməsi və IKBY'dəki bütün əməliyyatların təcili dayandırılması, 25 sentyabrda keçirilən referendum nəticələrinin dondurulması və IKBY ilə mərkəzi rəhbərlik arasında Iraq Anayasası əsasında dialoq başlaması" təklifi irəli sürülmüşdü.
Qeyd edək ki, bu təklifi İraq höküməti və Türkiyə prezidenti Ərdoğan qəbul etməyiblər. Çünki referendumun nəticələrinin dondurulması onun ləğvi anlamına gəlməz və “Kürdüstan” üçün ilk münbit mühit yarandığı təqdirdə donu açaraq müstəqilliyi elan etmək imkanını özündə saxlayır. Ona görə də bu təklif Bərzaninin növbəti hiyləgər addımı kimi qəbul olunub. ABŞ-ın da bu təklifi dəstəkləməsi də bu yöndə bəzi şübhələr yaradır ki, əcaba təklif Bərzaniyə məhz Vaşinqtondanmı ötürüldü?
Müxalifət.az