ABŞ BƏRZANİNİ ORTADA BURAXDI – PEŞMƏRGƏ ŞİKAYƏTÇİDİR

IKBY-nin Peşmərgə Nazirliyinin baş Katibi Cabbar Yavər, baş verənlərlə bağlı beynəlxalq bir təşəbbüsün olmamasından və ABŞ-dan gileylənib.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyinə (IKBY) bağlı Peşmerge Nazirliyinin baş katibi Cabbar Yavər, xaricdən gələcək bir təşəbbüsün Şimali İraqdakı münaqişənin yeganə həlli olduğunu bildirib.
 
BEYNƏLXALQ BİR TƏŞƏBBÜS OLMALIDIR
 
 Yavər,"Beynəlxalq bir təşəbbüs olmalıdır. Daxildə və ya İraq tərəfindən bir təşəbbüsün olmasını təsəvvür belə edə bilmirəm. Region daxilindəki və bölgə ilə İraq hökuməti arasındakı münaqişələrə beynəlxalq müdaxiləyə ehtiyac var" deyib.
 
 ABŞ-dan GİLEY: Heç BİR ŞEY ETMİRLƏR, VASİTƏÇİLİK DƏ YOXDUR
 
 Beynəlxalq birliyin bu məsələdə hələ heç bir şəkildə özünü göstərmədiyini deyən Yavər, "ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiyanın bu məsələdə heç bir rolu yoxdur, vasitəçilik belə etmirlər. Ərbildə konsulluqlara malik ölkələr və Birləşmiş Millətlər də heç bir şey etmir" deyə gileylənib.
Müxalifət.az