ABŞ-Bərzani-PKK birliyi Kərkükü işğal planı hazırlayır

Baxış sayı:
3481

İraq rəhbərliyi Bəsrə hadisələri ilə məşğul olurkən, Bərzani və Tələbani ötən il çıxarıldıqları Kərkükə qanlı bir qayıdış planı hazırlayırlar. Kərkük, Mosul, Tuzhurmatu, Telafer kimi bölgələrə PKK-lı köçürürlər.
 
 Türkmən Cəbhəsinin Kərkük Təşkilat üzrə məsulu Məmməd Ağaoğlu, ABD-Peşmərgə tərəfdaşlığı yeni işğal prosesi başladığını və terrorçuların Türkmən dərnəklərinə yaxın yerlərdə yerləşdirildiyini deyib. Ağaoğlu, "Bu ana qədər PKK-lı terrorçuların müşahidə nöqtəsi kimi istifadə etdiyi 20-dən çox ev və iş yeri aşkar etdik" deyib.
Bütün dünyanın nəzərləri İdlibdəykən ABŞ və Koalisiya qüvvələri bir tərəfdən Suriyanın Deyrizor bölgəsini PKK-ya təslim edir, digər tərəfdən İraqın Türkmən şəhərlərini Peşmərgəyə verərək qanlı bir ssenari hazırlayır. Deyrizor və Mosul-Kərkük xətti Suriya və İraqın ən zəngin neft ehtiyatına sahib olma xüsusiyyəti ilə diqqət çəkir.
Bu yöndə açıqlama verən Ağaoğlu, mərkəzi hakimiyyət böhranı və Bəsrə bölgəsində baş verən küçə hadisələrini fürsətə çevirmək istəyən ABD-Peşmərgə-PKK ittifaqının yeni bir işğal cəhdi hazırlığında olduğunu qeyd edib.
 
TƏXRİBAT HAZIRLIĞI APARILIR
 
Peşmərgə və müttəfiqləri tərəfindən Kərkük mərkəzli bir təxribat hazırlığı aparıldığı məlumatını verən Ağaoğlu, “Bərzani və Tələbani 16 oktyabrda çıxarıldıqları Kərkük və digər bölgələrə qanlı bir qayıdış planı hazırlayır” deyib. İraq Türkmənlərinin bölgədən çıxarılması və bölgənin insansızlaşdırma layihəsinin davam etdiyini vurğulayan ITC Kərkük Təşkilat məsulu Ağaoğlu, "14 iyul 1959-cu ilə bənzər bir qətliam hazırlığı aparılır, PKK-da bu prosesin fəal aktyorları arasında yer alacaq" deyə, söyləyib.
“Davam edən təxribat planı çərçivəsində ilk olaraq Türkiyəyə müraciət etmək istəyirik. Türkmənlərin burada silahlı bir ordusu yoxdur. Belə bir cəhd olduğu təqdirdə qarşısını alacaq gücümüz zəifdir. Soyqırım dalğası başladığı təqdirdə yüzlərlə Türkmən öldürülə bilər. Türkiyə bu xəbərdarlığımızı ciddiyə almalıdır.
Bərzani, Qoran Hərəkəti, Tələbani rəhbərləri son dövrdə ABŞ nümayəndəsi Brett Makgurk ilə bir çox toplantı keçirib. ABŞ, Türkmən regionlarının yenidən Peşmərgə nəzarətinə keçməsini açıq-aşkar olaraq dəstəkləyir. Davam edən hazırlıqların tətbiq edilməsi vəziyyətində burada çoxlu günahsız qan axacaq və bu qətliamın nəticəsi çox ağır olacaq".
Müxalifət.az