ABŞ Bransonun qarşılığında ONU verəcək: Türkiyənin alacağı "mükafatlar"ın TAM SİYAHISI

Baxış sayı:
7201

ABŞ Türkiyənin amerikalı rahib Endryu Bransonu azad etməsinin qarşılığında Ankaraya yönəlik bir sıra müsbət addımlar ata bilər.

Bu haqda “Milliyyət” nəşrində türkiyəli yazar Özay Şəndir qələmə aldığı “ABŞ-Türkiyə münasibətlərinin gələcəyi” başlıqlı yazısında bildirib.

Onun sözlərinə görə, Ankara rahibin azad olunmasının qarşılığında aşağıdakı "mükafatlar"ı ala bilər:

- Daxili işlər və ədliyyə nazirlərinə qarşı tətbiq olunan sanksiyalar dərhal aradan qaldırıla bilər.

- Türkiyədən idxal edilən polad və aliminuma tətbiq olunan əlavə rüsumlar ya azaldıla, ya da ləğv edilə bilər.

 

- Türkiyənin “Halkbank” bankının hazırda ABŞ-da həbsdə olan direktor müavini Hakan Atilla ölkəsinə təhvil verilə bilər. Bankın özünə isə böyük pul cəzasının verilməyəcəyi gözlənilir.

Ancaq yazar qeyd edir ki, Rusiyadan alınacaq “S-400” zenit-raket sistemləri və “F-35” təyyarələrinin Türkiyəyə çatdırılması məsələsi Branson məsələsindən ayrı mövzudur və bu mövzularda çətinliklərin dərhal aradan qaldırılacağını düşünmək xəyalpərəstlik olardı.

“Suriyada ABŞ ilə Türkiyə arasında maraqların toqquşması var. ABŞ PKK-nın Suriya qolu olan YPG-yə dəstəyindən vaz keçməz, çünki fərqli planları var. Türkiyənin həm FETÖ, həm də YPG mövzusunda Vaşinqtondan gözləntiləri davam edir. Artıq ABŞ-Türkiyə münasibətlərində konkret bir irəliləyişin təmin olunması Vaşinqtonun atacağı addımlara bağlıdır”, - Özay Şəndir qeyd edib.