ABŞ-ın BÖYÜK TÜRKİYƏ QORXUSU! - "Daşlar" yerindən oynamaqdadır...

Baxış sayı:
4252

Yunan mətbuatı Türk-Amerikan münasibətlərinin gərginləşməsilə birlikdə, “Egey dənizi Amerikalıların əqrəbi Afinadan yana döndərmə ehtimalını mühakimə edir. Türkiyənin Aralıq dənizində qırmızı xətt elan etdiyi bölgədə atılacaq addımlara qarşı "Daşlar yerindən oynamaq üzrədir" - fikri hakimdir.
 
Türkiyə ilə Amerika arasında dərinləşən böhran Yunanıstan mətbuatında əsas müzakirə mövzusu olub. Ölkənin aparıcı qəzetləri və xəbər saytlarında Ankara-Vaşinqton münasibətləri danışılarkən, Türk-Amerika əlaqələrinin geriyədönməz şəkildə dəyişdiyinə diqqət çəkilir.
"Türkiyə Amerikanın təzyiqlərinə boyun əymir. Ərdoğan rejimi ABŞ-ın böyük qorxusu olan Türkiyə-Rusiya-Çin əməkdaşlığına doğru gedir" ifadələri istifadə edilərkən, ABŞ-ın Türkiyədən imtina etməsinin asan olmadığı, ancaq həmlələri heç bir şəkildə proqnozlaşdırılmayan Donald Trampın bu məsələdə də nə edəcəyinin proqnozunun verilə bilinməyəcəyi dilə gətirilib.
 
QONŞU ƏQRƏBİN DÖNƏCƏYİNƏ ÜMİD EDİR
 
Yunanıstanda qarşıya çıxan digər bir məsələ isə "İndi nə olacaq" məsələsidir. ABŞ-ın regionda Türkiyə ilə ittifaqının zəifləməsi ilə birlikdə, Afinanın önə çıxacağı ifadə edilir. Vaşinqtonun Cənubi Kiprə tətbiq etdiyi silah satışı embarqosunu ləğv etməsinin gündəmə gələcəyi yazılarkən, Yunanıstan-Cənubi Kipr-İsrail-Misir ittifaqına ABŞ-ın dəstəyinin artaraq davam edəcəyi, bəzi senatorların sözügedən ittifaqa maddi dəstək məsələsini həyata keçirməyə başlaması üçün hazırlıq gördüyü ifadə edilib.
Belə ki, Yunanıstanda Türk-Amerika çəkişməsi, "Egey dənizind əqrəb bizdən yana dönəcək" gözləntisi içərisində təqib edilir. Yunanıstanın ən böyük xəyalı olan Egey dənizin su sərhədlərini 12 milə çıxarma yolunda ABŞ-ın dəstəyini arxasına almağın nə qədər həlledici olacağı vurğulanır.

Müxalifət.az