ABŞ-ın böyük qorxusu! “Ankara ümid edirəm ki, bunu etməz”

Baxış sayı:
4693

ABŞ-ın Müdafiə Nazirliyinin Avropa və NATO-dan məsul məsləhətçisi Andrew Winternitz Türkiyənin S-400 alışının F-35 baxımından 'qəbul edilə bilməz risklər' daşıdığını iddia edərək Ankaranın bu alışı etməməsinə ümid etdiklərini söyləyib.
 
Winternitz Vaşinqton mərkəzli “Foreign Policy” beyin mərkəzi ilə Avropa Birliyinin (AB) Vaşinqtonda təşkil etdiyi "Transatlantik Təhlükəsizlik Əməkdaşlığın Gələcəyi" başlıqlı forumunda çıxış edib.
 
"TÜRKİYƏNİN S-400 ALIŞI QƏBUL EDİLƏ BİLMƏZ BİR RİSK TƏŞKİL EDƏCƏK"
 
Türkiyənin S-400 müdafiə sistemlərini alması ilə bağlı bir sualı cavablayan Winternitz, "Türkiyənin S-400 alması qəbul edilə bilməz bir risk təşkil edəcək, çünki radar sistemləri Rus ordusuna beşinci nəsil ən üst keyfiyyətli təyyarəmiz F-35 haqqında həssas məlumatları təmin edə bilər. Bizə görə, bu mövzudakı qayğılarımızı azaldacaq bir tədbir yoxdur" deyib.
ABŞ rəhbərliyinin bu mövzuda Ankara ilə görüşmələrə davam etdiyini ifadə edən Winternitz, "Bu alış Türkiyənin NATO-ya olan bağlılığı ilə uyğunlaşmamaqdadır" deyə iddia edib.
Türkiyənin S-400-ləri aldığı təqdirdə ABŞ-ın nə edəcəyi sualına cavab verməkdən qaçınan Winternitz, "Rusiyadan S-400-ləri qəbul etməyəcəklərinə ümid edirəm" deyə söyləyib.
Müxalifət.az