ABŞ BMT Təhlükəsizlik Şurasını təcili yığıncağa çağırdı

Baxış sayı:
3043

ABŞ BMT Təhlükəsizlik Şurasını İran mövzusunda təcili yığıncağa çağırıb. BMT-dəki diplomatik qaynaqlardan əldə edilən məlumata görə, ABŞ-ın BMT missiyası Təhlükəsizlik Şurasını İran mövzusunda bazar ertəsi günü bağlı iclas keçirməyə çağırıb. Qaynaqlar ABŞ-ın BMT TŞ-nin dövr başçısı olan Küveytə göndərdiyi rəsmi tələbdə, ABŞ-ın keçən həftə Oman Körfəzində iki tankerə yönəlik hücum haqqında son gəlişmələri müzakirə etmək üçün Təhlükəsizlik Şurasında yığıncaq istədiklərini ifadə etdiyini qeyd edib. Müxalifət.az