​ABŞ bizim üçün problemdir - Timmermans

Baxış sayı:
9100

Hazırkı ABŞ administrasiyası Avropa Birliyi üçün problemdir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının sədrinin müavini Frans Timmermans deyib. Onun sözlərinə görə, hazırda ABŞ Avropanı parçalanmış formada görmək istəyən əsas qüvvədir:
“Bu, Avropa üçün real problemdir. Transatlantik münasibətlərdə indiyə qədər dəyişməz olan təhlükəsizlik və ticarət məsələləri hazırda şübhə altına alınır”.