“ABŞ bizi satdı” – Əfqanıstan rəsmisi

Baxış sayı:
244

Əfqanıstan hökumətində milli təhlükəsizlik məsləhətçisi olaraq vəzifə yerinə yetirən Həmdullah Mohib, ABŞ ilə Taliban arasında keçirilən danışıqları, 'ABŞ Əfqanıstanı satdı' deyə dəyərləndirərək ABŞ və Əfqanıstan arasında yeni bir böhrana səbəb olub.
 
 ABŞ-ın bir müddətdir Talibanla apardığı danışıqlar Əfqanıstan hökuməti ilə arasında problemlərə səbəb olmuşdu. Əfqanıstan hökumətində milli təhlükəsizlik məsləhətçisi olaraq çalışan Həmdullah Mohib etdiyi açıqlamada, "ABŞ Əfqanıstanı satdı" deməsi iki ölkə arasındakı yeni bir böhran yaradıb.
Əfqan səlahiyyətlinin açıqlamasına cavab olaraq “NBC News”-a danışan ABŞ hökumət səlahiyyətlisi, Tramp rəhbərliyini günahlandıran bu açıqlamadan geri dönülməsini və Əfqan səlahiyyətlinin üzr istəməsini, üzr diləmədiyi təqdirdə də Əfqanıstanla həyata keçirilən yüksək səviyyəli danışıqların sonlandırıla biləcəyini ifadə edib.
 Milli Təhlükəsizlik məsləhətçisi Həmdullah Mohib isə ABŞ-ın üzr istəyini rədd etdiyini və üzr istəməyəcəyini açıqlayıb.
Müxalifət.az