ABŞ-ın bizə münasibətindən şok olduq - BƏRZANİ

İraq ordusunun ABŞ-ın verdiyi tanklarla kürdlər üçün əhəmiyyətli neft şəhəri olan Kərkükü almasına ABŞ-ın reaksiya göstərməməsi bizi şok etdi.
Bu sözləri Kürd Muxtariyyətinin lideri Məsud Bərzani deyib.
“ABŞ-la münasibətlərimizi ciddi şəkildə gözdən keçirəcəyik. Çünki insanlarımızın ABŞ-a sevgisi, güvəni azalıb və azalmaqda davam edir. Referendum keçirmək qərarımdan peşman deyiləm. Kürd dövlətinin qurulması qaçılmazdır. Bütün kürd gənclərinin müstəqillik üçün savaşacağına inanıram”, - Bərzani bildirib./axar.az/