​ABŞ bayraqları endirildi, 5 dekabrda isə...

Baxış sayı:
5155

ABŞ Prezidenti Donald Tramp 41-ci prezident Corc Buşun ölümü ilə bağlı ölkə bayrağının bir ay müddətində endirilməsi barədə qərar verib.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Ağ Evin yaydığı bəyanatda bildirilib.
Qərara görə, ABŞ bayrağı Ağ Ev, dövlət idarələri, hərbi obyektlər, hərbi-dəniz bazaları, ABŞ hərbi gəmiləri, xaricdəki diplomatik korpuslarda C.Buşun xatirəsinə hörmət əlaməti olaraq endiriləcək.
Bundan başqa, C.Buşun ölümü ilə bağlı 5 dekabrda milli matəm günü elan edilib.
Qeyd edək ki, ata Corc Buş 1989-93-cü illərdə prezident vəzifəsini daşıyıb. Ata Buş həmçinin 1976-77-ci illərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 11-ci direktoru, 1981-89-cu illərdə isə 43-cü vitse-prezident olub. Bu ilin aprel ayında Buşun xanımı Barbara Buş dünyasını dəyişib.
Ata Corc Buş isə bu gün 95 yaşında vəfat edib.