ABŞ bayrağının mənası nədir?

ABŞ bayrağı bu geniş və rəngarəng ölkənin ən mühüm simvollarından biridir.
Bayraq 13 ağ və qırmızı rəngli üfüqi zolaq, sol nahiyədəki göy kvadratın içərisində 50 beşguşəli ulduz cizgiləndirir. Həmin 50 ilduz ABŞ-ın 50 ştatını təmsil edir. 13 zolaq isə Britaniya krallığından ayrılmağa qərar vermiş ilk 13 koloniyanı əks etdirir.
ABŞ bayrağı azsaylı bayraqlardandır ki, illər boyu təkamül edib. Bayrağın hazırkı dizaynı 27-ci dizayndır. Belə ki, 1777-ci ildən bəri bayrağa 26 dəfə dəyişiklik edilib.
1776-cı ilin iyulundan Kontinental Konqres müstəqilliyi elan edərkən bayrağın 13 zolağı və yuxarı nayihəsində Böyük Britaniya bayrağının simvolu var idi.
1777-ci il, 14 iyunda İkinci Kontinental Konqres bayraq haqda qətanmə qəbul edərək Böyük Britaniya simvolunu 13 koloniyaları əks etdirən ulduzlarla əvəzlədi.
1795-ci ildə Vermont və Kentaki ştatlarının ittifaqa daxil olması ilə bayrağın ulduzları və zolaqları 15 oldu.
1818-ci il, aprelin 4-də Konqres ABŞ-da daxil olan yeni ştatların şərəfinə ulduzların sayını 20-ə çatdırdı, lakin zolaqların sayını 13-ə endirdi.
Göy kvadratdakı ulduzların sayı ştatların sayı artıqdca çoxalmağa başladı.
1912-ci ildə Arizona və Nyu Meksiko ştatlarını əks etdirmək üçün ulduzların sayı 48-ə qalxdı.
Alyaska ABŞ-a 3 yanvar, 1959-cu ildə daxil oldu və 49 ulduz rəsmiləşdi.
49 ulduzdan 50-yə - ən son dəyişiklik isə 1960-cı ildə, Havayın ştat statusu qazanması ilə baş verdi.