​ABŞ-ın baş prokuroru Konqresdə "Rusiya işi" ilə bağlı SORĞU-SUAL EDİLƏCƏK

ABŞ-ın baş prokuroru və ədliyyə naziri Ceff Seşns “Rusiya işi” ilə bağlı noyabrın 14-də Konqresin Nümayəndələr Palatasının Hüquq Komitəsinin üzvləri qarşısında çıxış edəcək.
“Report” xəbər verir ki, bunu “Reuters”ə ABŞ-ın Ədliyyə Nazirliyi və Konqresdən bildiriblər.
Hazırda müxalifətdə olan Demokratlar Partiyası C.Seşnsi ABŞ prezidenti Donald Trampın seçki qərargahında işləyən şəxslərin Rusiya təmsilçiləri ilə əlaqələrinə dair sorğu-suala çəkmək üçün imkan əldə edəcəklər.
Bundan başqa C.Seşns noyabrın 14-də Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsinin qapalı iclasında da məsələ ilə bağlı çıxış etməlidir.