​ABŞ Baltikyanı ölkələrə nüvə silahı yerləşdirir

ABŞ Polşa, Latviya, Litva və Estoniyada nüvə silahı yerləşdirə bilər.
Bu barədə informasiyanı Almaniyanın “Die Zeit” qəzeti yayıb. Vaşinqtonun bu addımı Rusiyanın Avropada savaşa hazırlaşması təhlükəsi ilə əlaqədar atdığı vurğulanır.
Qeyd edək ki, ABŞ bundan öncə Baltikyanı ölkələrdə öz hərbçilərinin sayını artırmışdı. Vaşinqton bu addımı Rusiya təhdidi ilə əlaqədar atdığını bildirmişdi.