ABŞ Bağdadı tərk etdikdən sonra İran İraq kəşfiyyatına necə sızdı... - DETALLAR

Baxış sayı:
11821

İraqa sızan yüzlərlə İran kəşfiyyatçısının hesabatları İraqın Tehranın nə qədər güclü təsiri altında olduğunu aşkara çıxardı.
"The Intercept and New York Times" qəzeti bazar ertəsi bildirmişdi ki, bu hesabatlar İranın misli görünməmiş miqyasda İraqın içinə sızmasını, İranın İraq dövlətinin siyasətinə və daxili işlərinə nə qədər güclü müdaxilə edə bildiyinin sübutudur.
Muxalifet.az bu barədə "Aljazeera"ya istinadla xəbər verir.
Nəşrlər bildirirlər ki, 2014 və 2015-ci illərdə İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi tərəfindən yazılmış 700 səhifəlik hesabat anonim olaraq The Intercept-ə göndərilib. The İntercept daha sonra sənədləri “Times” nəşri ilə bölüşüb.
The Intercept-dən jurnalist Vanessa Gezari nəşrin sənədləri naməlum bir mənbədən aldığını bildirib və «sənədlərin kimdən olduqlarını bilmirik" deyib.
Mənbədən "İranın onun ölkəsi İraqda nələr etdiyini dünyaya bildirmək" istədiyi deyilib.

Xüsusi əlaqələr

“The Times“  xəbər verir ki, sənədlər dörd il əvvələ aid olsa da, "İranın İraq işlərinə qarışmaq üçün nə qədər aqressiv çalışdığı və general Süleymaninin əvəzsiz rolu haqqında ətraflı məlumat verir".
Süleymani, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiridir. Adsız mənbələrin xəbər verdiyinə görə, son həftələrdə İraqın paytaxtı Bağdadda və cənubdakı Nəcəf şəhərində görüşlər keçirərək, siyasi partiyaları İraqın baş naziri Adel Əbdül Mehdinin ətrafında yaxın mövqe tutmağa inandırmaq üçün görüşlər keçirib, popoqanda aparır.
Əbdül Mehdi, korrupsiya, kütləvi işsizlik və cəmiyətin ümumi vəziyyətinin pis olması səbəblərindən oktyabrın əvvəlində başlayan hökumət əleyhinə etiraz aksiyaları üzündən güclü təzyiqə məruz qaldı.
Bu mitinqlərin bir xüsusiyyəti də İran əleyhinə olması idi. Bir çox nümayişçi İraq liderlərini Tehran və ya Vaşinqtona tabe olduğunu deyir – həmən bu  güclər adi iraqlıların ehtiyaclarından daha çox ölkədə təsir gücünə sahibdirlər.
Sənədləlrdən birində Əbdul Mehdinin, 2014-cü ildə İraqın neft naziri olarkən Tehranla "xüsusi əlaqəsinin" olduğu təsvir edilir.

Tehran ABŞ-ın geri çəkilməsindən istifadə edir

Məlumatlarda keçmiş baş nazirlər Heydər əl-Abadi və İbrahim əl-Cəfəri, eləcə də parlamentin keçmiş spikeri Səlim əl-Caburinin İranla yaxın əlaqələri olan siyasətçilər adlandırılır.
Times qəzetinin yazdığına görə, Tehran 2011-ci ildə Birləşmiş Ştatların qoşunlarının İraqdan çıxarılmasından sonra İraq Mərkəzi Kəşfiyyat İdarəsinindən olan həmkarları "işsiz və yoxsulluqda" qaldıqdan sonra dövlətin içinə sızmağa daha çox imkan əldə etdi.
Hesabatda, pul qarşılığında CIA-nın İraqdakı əməliyyatları haqqında məlumatları İrana verdikləri ifadə edildi.
Baş nazirin ofisindən və ya digər İraq rəsmilərindən məlumatlar ilə bağlı bir şərh verilmədi.
Yanacağın qiymətinin artması ilə nəticələnən etiraz aksiyalarının qarşısını almaq üçün mübarizə aparan İran səlahiyyətliləri də faktlara münasibət bildirməyiblər.

Ülviyyə Şükürova,
Muxalifet.az