ABŞ-ın Bağdad səfirliyinə RAKET ATILDI və İraq baş naziri İSTEFAYA çağırıldı

Baxış sayı:
7392

İraqda Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr İraq baş nazriri müraciət edərək bildirib ki, əgər o istefa etməzə axan qan durmayacaq.
Bu barədə Muxalifet.az "Hürriyet"ə istinadla məlumat verir. 

Hökumətə dəstək verməkdən imtina edən Sədr, “istefa etməsən axan qan durmayacaq, ölkə Yəmən və Suriyanın vəziyətinə düşəcək. Bundan sonra sizinlə koalisiyada iştirak etməyəcəm”, deyib.
Bundan başqa dünən Bağdadda xüsusi mühafizə olunan “Yaşıl Bölgə”də yerləşən ABŞ səfirliyinə raket hücumu baş verib. Hadisədə bir İraqlı əsgər ölüb, 3-ü isə yaralanıb. Səfirliyə atılan ikinci raket isə xoşbəxtlikdən partlamayıb.
Etiraz aksiyalarına İran lideri Ayətullah Xomneyidən də reaksiya gəlib. O, ABŞ-ın bu ölkələrdə qarışıqlıq yaratmaq istədiyini bildirirb.
Muxalifet.az