ABŞ BƏƏ-yə “Patriot” raketləri satacaq – 2 MİLYARD DOLLARLIQ

ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə 2 mlrd. dollar dəyərində “Patriot” raketləri satmağa icazə verib. 
 
 “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Pentaqonun Hərbi Əməkdaşlıq İdarəsindən bildirilib.
 “Dövlət Departamenti BƏƏ-yə 2 mlrd. dollar dəyərində yeni “Patriot GEM-T” tuşlama sistemi ilə təchiz edilmiş təkmilləşdirilmiş “Patriot PAC-3” raketləri satmağa razılıq verib.  
  Məlumata görə, söhbət 160 ədəd raketdən gedir.