​ABŞ-ın Azərbaycandakı keçmiş səfirinə yeni vəzifə

Baxış sayı:
4108

Ross Uilson ABŞ-ın Gürcüstana müvəqqəti işlər vəkili təyin olunub.
Muxalifet.az-ın verdiyi xəbərə görə, amerikalı diplomat bu gündən etibarən səlahiyyətlərinin icrasına başlayıb.
R.Uilsonun Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə keçirdiyi görüşdə ikitərəfli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin gələcək perspektivləri barədə müzakirələr aparılıb.
Tərəflər ticari-iqtisadi, müdafiə və təhlükəsizlik sahələrində mövcud əməkdaşlıq, həmçinin Gürcüstan və regionda təhlükəsizlik məsələlərini də nəzərdən keçiriblər.
R.Uilson 2005-2008-ci illərdə ABŞ-ın Türkiyədəki, 2000-2003-cü illərdə isə Azərbaycandakı səfiri olub.
Bundan əvvəl Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın Dövlət Bayrağı gününə həsr olunmuş aksiya keçirilib.