​ABŞ AYA İNSAN GÖNDƏRƏCƏK

Baxış sayı:
646

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) kosmik şirkətləri ilə ticari tərəfdaşlıqlarını inkişaf etdirmək üçün Aya kosmik gəmi göndərməyi planlaşdırır.
Muxalifət.az xəbər verir ki, NASA-dan verilən açıqlamaya görə, məqsəd ABŞ-ın gələcək kosmik kəşfləri üçün lazımi elmi və texnoloji aparatları quraşdırmaqdır.
İçərisində insan olacaq kosmik gəmini NASA 2019-cu ildə Aya göndərməyi planlaşdırır. Bu istiqamətdə hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, ötən aylarda ABŞ prezidenti Donald Tramp Rusiya ilə iqtisadi, hərbi və siyası yarışı kosmosda da davam etdirəcəklərini bildirmiş, Aya yenidən kosmonavt göndərmək üçün təlimat vermişdi.
Xatırladaq ki, ABŞ Aya sonuncu dəfə 1972-ci ildə kosmonavt göndərib. 46 il sonra ilk dəfə yenidən Aya insan göndərəcək.