ABŞ Avropadakı qoşunlarını maksimum döyüş hazırlığı vəziyyətinə gətirdi - RUSİYAYA GÖRƏ

Baxış sayı:
2055

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı (EUCOM) Rusiya qoşunlarının aktiv hərəkəti səbəbindən ordunu maksimum döyüş hazırlığı vəziyyətinə gətirib.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Buna son günlər ərzində cərəyan edən bir neçə hadisənin təkan verdiyi vurğulanır. Belə ki, söhbət Donbasda münaqişənin qızışmasından, Rusiyanın sərhəd boyunca hərbi gücünü artırmasından, həmçinin Arktikada Rusiyanın üç atom sualtı qayığının peyda olmasından gedir.

"Bu, Arktika regionunda yeni güc nümayişidir. ABŞ Silahlı Qüvvələri bu səviyyəyə hələ gəlib çatmalıdır", - deyə məqalədə bildirilib./Virtualaz.org