ABŞ Atlantik okeanında İkinci donanmasını BƏRPA ETDİ

Baxış sayı:
2476

ABŞ-ın Hərbi Dəniz Qüvvələri (HDQ) 2011-ci ildə ləğv edilmiş İkinci donanmanı yenidən bərpa etmək qərarına gəlib.
Muxalifət.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika HDQ-nin bəyanatında bildirilir. "Milli müdafiə strategiyamızda açıq şəkildə ifadə olunur ki, biz böyük dövlətlərin güclü rəqabət dövrünə geri qayıdırıq, çünki təhlükəsizlik vəziyyəti daha mürəkkəbləşməkdədir. Buna görə də, xüsusilə Şimali Atlantikada bu çağırışlara cavab vermək üçün İkinci donanmanı bərpa edirik", - deyə ABŞ HDQ-nin baş komandanı admiral Con Riçardson bildirib.
Bildirilir ki, donanmanın məsuliyyət sahəsinə ABŞ-ın Şərq sahilləri və Atlantik okeanın şimal hissəsi daxil olacaq.