ABŞ-ın arxasına gizlənərək imzanı atdılar

Baxış sayı:
1396

Aralıq dənizində Türkiyəni oyundan kənar edə biləcəyini düşünən Yunanıstan, Cənubi Kipr və İsrail ABŞ-ı də yanına alaraq müqavilə imzalayıb.
 
İsrail lideri Binyamin Netanyahu, Yunanıstanın baş naziri Alexis Çipras və Cənubi Kiprin lideri Nicos Anastasiadis Qüdsdə zirvə görüşü keçirib. ABŞ dövlət katibi Mayk Pompeo da sammitə qatılıb.
Müzakirələrdən sonra ortaq bir açıqlama verilib. "Liderlər enerji müstəqilliyini və təhlükəsizliyini qorumaq və Şərqi Aralıq dənizində xarici amillərdən qorunmaq üçün əməkdaşlığı inkişaf etdirməyə qərar verdi" deyə bildirilib.
 
YUNANLAR ÜÇÜN ABŞ-ın DƏSTƏYİ ÖNƏMLİDİR
 
Bölgədəki yeni kəşf edilmiş qaz mənbələrinin məmnuniyyətlə dilə gətirildiyi zirvə görüşündə ABŞ-ın açıq dəstəyi fərqli bir məna daşıyır.
Çünki Kipr Yunanlarının Aralıq dənizində fəaliyyət göstərə bilməsi üçün ABŞ-ın dəstəyinə ehtiyacı vardır.
Müxalifət.az