ABŞ-a arxalanan PKK-dan TƏHDİD: "HƏR ŞEYİ MÜSADİRƏ EDƏRİK"

Baxış sayı:
6184

Hurriyyet.org xəbər verir ki, ABŞ XİN-in Suriya ürə xüsusi nümayəndəsi Ceyms Ceffri Türkiyənin Fərat çayının şərqində keçirəcəyi əməliyyat planı dəqiqləşən kimi, PKK terrorçularını dəstəkləmək üçün dərhal Suriyanın şimalına yollanıb. ABŞ-ın Ankaradakı səfiri olmuş Ceffri Hasekedə təşkilatın başçıları ilə birgə iclas keçirib. PKK üzvlərinin Ceffriyə “Türkiyə bizə hücum edərsə, İŞİD ilə mübarizəmiz dayanacaq” dedikləri bəlli olub. Ceffrinin hələ bir müddət də bölgədə qalıb görüşlər keçirəcəyi bildirilir. ABŞ nümayəndəsi ilə görüşdən sonra Suriya PKK-sının mətbuat nümayəndələrindən olan Nuri Mahmud deyib: “Hücum olsa, cavablarını verəcəyik. Bütün qüvvələrimiz inqilaba inanırlar”. PKK başçıları onlara dəstək vermədikləri təqdirdə, bölgədəki tayfaların sahib olduqları hər şeyi müsadirə edəcəklərini bildiriblər.