​ABŞ-ın arqumenti alt-üst oldu - Politoloq

Amerikanın istinad etdiyi PYD və YPG PKK liderinə sitayiş etdiyini gizlətmir.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, İraq ordusu İranın dəstəyi ilə Kərkükü kürd silahlarından azad etdi, Məsud Bərzaninin bayrağı endirildi, şəhərdə İraqın bayrağı dalğalandı:
"Rakkada isə tam tərsi baş verdi. Bu dəfə terrorçu PKK-nın Suriyadakı qurama təşkilatları şəhərdən İŞİD bayrağını endirdilər. Əvəzinə öz bayraqlarını, o cümlədən Abdullah Öcalanın böyük portretlərini asdılar. Yəni Rakkada bir terror təşkilatı başqa terror təşkilat ilə əvəz olundu. Mahiyyət dəyişmədi. Bununla da Vaşinqtonun “biz PKK-ya yox PYD və YPG-yə dəstək veririk, bu Suriya Demokratik Gücləridir” arqumenti alt-üst oldu”.