​ABŞ Ankaraya nümayəndə heyəti göndərdi

Türkiyə ilə ABŞ arasında yaranan gərginliklə bağlı tərəflər arasında yüksək səviyyədə görüş keçiriləcək.
APA-nın verdiyi xəbərə görə, ABŞ dövlət katibinin müavini Conatan Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya gedib. C. Kohen səfərdən əvvəl viza problemi ilə bağlı suala "bu problemi mən həll etmirəm", - deyib.
ABŞ nümayəndə heyəti Türkiyə XİN aparatının rəhbəri Əhməd Muxtar Günün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirəcək.
Qeyd edək ki, ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı, Türkiyə vətəndaşı Mətin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək saxlanılıb.