​ABŞ-ın Ankaradakı keçmiş səfiri Suriyada - Yeni missiya

Baxış sayı:
1573

ABŞ-ın Türkiyədəki keçmiş səfiri Ceyms Cefrey Birləşmiş Ştatların Suriyadakı xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.
Muxalifet.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Ankaradakı sabiq səfiri ABŞ-ın Yaxın Şərqdəki ən mühüm mövqelərindən birinə təyinat alıb.
Ceyms Cefreyin Dövlət katibi Mayk Pompeonun qatıldığı mərasimdə and içərək yeni vəzifəsinin icrasına başladığı bildirilir.
Qeyd edək ki, 1946-cı ildə doğulan Ceyms Ceffrey 2008-2010-ci illərdə Türkiyədə, 2010-2012-ci illərdə isə İraqda səfir olub.