ABŞ Almaniyaya bu sistemləri göndərir - TÜRKİYƏYƏ MESAJ...

Baxış sayı:
2194

ABŞ-ın Almaniyaya yeni "Patriot" havadan müdafiə sisteminin satışına razılıq verməsi Rusiyadan S-400 alan Türkiyəyə geostrateji bir mesajdır.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Die Velt" qəzetində məqalə dərc edilib.

Bu qərarın Almaniyanın təhlükəsizliyi və mümkün hava hücumlarına qarşı özünü müdafiə etməsi üçün çox əhəmiyyətli olduğunu yazan qəzet bu addımın arxasında bir mesajın olduğunu bildirib.

Məqalədə vurğulanıb ki, sözügedən qərarın ABŞ-Türkiyə arasında havadan müdafiə sistemi ilə bağlı müzakirələrin getdiyi bir vaxtda verilməsi diqqət çəkir.

Qeyd edək ki, ABŞ Dövlət Katibliyi Almaniyaya 401 milyon dollar dəyərində 50 ədəd yeni "Patriot Advanced Capability 3" sisteminin satışını təsdiq edib.